Misir Mərdanov AMEA-ya yeni prezident gəlir? - Açıqlama

ÖLKƏ
18:15 / 17.02.2022
1843

Xəbər verildiyi kimi AMEA prezidenti Ramiz Mehdiyev 3 gün əvvəl tutduğu vəzifədən istefa verdi. Akademik hələki istefa ərizəsini ölkə başçısı İlham Əliyevə təqdim etməyib. 

Hazırda ən çox müzakirə olunan məsələlərdən biri AMEA-da yeni prezidentin kim olacağıdır. Namizədlərin sırasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, biologiya elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü Urxan Ələkbərov, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru, akademik Rasim Əliquliyev və sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat İnstitutunun direktoru, professor Misir Mərdanovun olduğu deyilir. İctimaiyyətdə də AMEA-ya rəhbər kimi keçmiş təhsil naziri Misir Mərdanovun adı çəkilir.

Məsələ ilə bağlı keçmiş təhsil naziri Misir Mərdanovun mövqeyi ilə maraqlandıq. 

Hit.az xəbər verir ki, Misir Mərdanovun isə bizim.media-ya cavabı belə olub:

"AMEA-nın prezidentini ictimaiyyət deyil, AMEA-nın ümumi yığıncağında akademiyanın həqiqi üzvləri seçir".

"Özünü AMEA prezidenti kimi görürmü?" - sualına isə Misir Mərdanov susqunluqla yanaşıb.

Qeyd edək ki, əvvəlki təcrübələrə görə Elmlər Akademiyasının prezident vəzifələrini təbiət və dəqiq elmləri təmsil edən alimlər idarə edib. 

3