"Yeni dünyanın çagırışları fonunda sürətlə dəyişərək çiçəklənən Azərbaycan inkişaf tempinə görə regionun ən ugurlu ölkəsidir. Hətta, ölkəmizə qısqanc münasibət bəsləyən düşmən ölkələr də bu həqiqəti ifadə etməkdən çəkinmirlər. Prezident İlham Əliyev tərəfindən qəbul olunan praqmatink qərarlar, ölkədə saglam iqtisadi mühitin yaradılması, nəhəng layihələrin reallaşdırması nəticəsində iqtisadi güc mərkəzinə çevrilən Azərbaycan artıq nüfuzlu dövlətlər sırasında layiqli yer tutur.
Son 18 ildə regionların iqtisadi inkişafı çərçivəsində görülən işlər, reallaşdırılan geniş miqyaslı layihələr şəhər və rayonlarımızın simasını dəyişib, bölgələrin inkişafında mühüm uğuların gerçəkləşməsini şərtləndirib.
Vətən müharibəsində qazanılan şanlı qələbədən sonra Prezident İlham Əliyevin birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası isə Azərbaycanın gücünü, həmçinin qurucu dövlət olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.
Prezident, Ali Baş Komandan İlham Əliyev düşmənin işğal dövründə vəhşicəsinə yerlə-yeksan etdiyi rayonlarımıza mütəmadi səfərlər edərək, həmin ərazilərdə aparılan bərpa-quruculuq işlərinin gedişi ilə tanış olur, icrası başa çatdırılan layihələrin nəticələri ilə maraqlanır, görüləcək tədbirlərlə bağlı müvafiq sahələrin rəhbərlərinə tapşırıq və tövsiyələrini verir".
Hit.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
Deputat daha sonra bildirib ki, dövlətimizin başçısının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fevralın 13- də Ağdama növbəti səfəri zamanı ölkə rəhbəri erməni faşizminin xarabazara çevirdikləri əzəli-əbədi yurdlarımızın inkişaf axarına qovuşması, sosial-iqtisadi dirçəlişi üçün qarşıya mühüm vəzifələr qoyub. Prezident İlham Əliyevin vurğuladığı kimi, bundan əsas məqsəd torpaqlara qayıdacaq insanların yaxşı yaşamasına, onların rifahının yüksək olmasına nail olmaqdır.
Artıq Ağdam yenidən dirçəldilir. Barbarcasına məhv edilən şəhərin yenidən qurulması istiqamıtində ciddi addımlar atılır. Qısa müddət ərzində görülən işlərin yaxın gələcəkdə mühüm töhfə verəcəyi gözlənilir.
Şəhərdə sənaye parkının ilk rezidentləri tərəfindən istifadəyə veriləcək yeni müəssisələrin təməli qoyulub. Bu yöndə artıq 5 rezident işə başlayıb. Bundan əlavə bölgənin inkişaf planlarında yaşayış binalarının inşası, iş yerlərinin açılması öz ifadəsini tapıb.
“Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının fəaliyyəti nəticəsində bütün rayon elektrik enerjisi ilə dayanıqlı şəkildə təmin olunacaq. Müəyyən zaman ərzində altı binadan ibarət yaşayış kompleksi də tikilib istifadəyə veriləcək. Bundan başqa, 210 çarpayılıq Ağdam Mərkəzi Şəhər Xəstəxanasının inşası da yenidənqurma işlərində atılacaq ciddi addımlar sırasında xüsusi yer tutacaq. Reallaşdırılacaq layihələr içərisində 1 nömrəli məktəbin inşası, qaz xətlərinin çəkilişi, içməli suyun bərpası, eyni zamanda, Xaçınçay su anbarının təmiri layihəsi də əhalinin rahatlığını, yüksək yaşayış şəraitini şərtləndirəcək.
Şəhərdə bunlarla yanaşı, yol- nəqliyyat infrastrukturunun qurulması da diqqət mərkəzində saxlanılır. Bu istiqamətdə artıq Füzuli- Ağdam avtomobil yolunun çəkilişinə başlanılıb. Bu yol vasitəsi ilə Füzuli və Ağdam şəhərlərinin əlaqəsi nəzərdə tutulub.
Xatırladım ki, indiyədək Ağdam və Füzulinin Baş planları təsdiq edilib. İctimaiyyət bu planlarla tanış olub, təklif və tövsiyələr nəzərə alınıb.
Qeyd olunanlarla yanaşı, Ağdam Cümə məscidinin bərpa işlərinə də başlanılıb. Məscidin bərpa-restavrasiya işləri Heydər Əliyev Fondu tərəfindən aparılır. Tezliklə məscidin həm daxili, həm də xarici hissəsində təmir- bərpa işlərinə başlanılacaq. Azad edilmiş torpaqlarda belə nəcib layihənin icrası, şübhəsiz ki, Heydər Əliyev Fondunun Azərbaycanın milli- mənəvi dəyərlərinin qorunmasına göstərdiyi diqqətin bariz ifadəsi, növbəti töhfəsidir.
Deputat sonda bildirib: Qısa zamanda biz yenilənən, müasirləşən Agdamı görəcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə gündən-günə abadlaşan, gözəlləşən digər bölgələrimiz kimi, işgaldan azad olunmuş şəhərlərimiz də turistlərin diqqətini cəlb edəcək, könül oxşayacaq.
Bütün bunlar deməyə əsas verir ki, tarixi qələbəmizdə oldugu kimi, Qarabağın bərpa-quruculuq işlərində də Baş Memar məhz Prezident İlham Əliyevdir. Eləcə də hamı artıq bir həqiqəti qəbul edir; bu xalq lideri ilə birlikdə məğlubedilməzdir.