50 yaşadək bu şəxslərə 20 min manat veriləcək

ÖLKƏ
21:12 / 17.02.2022
2447

İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyat davam edir.

Hit.az xəbər verir ki, bunu “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev müsabiqə ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, regionlarda da müsabiqəyə marağı olan şəxslərlə görüş keçiriləcək. Qaliblərə isə 20 min manat mükafat veriləcək. Birinci müsabiqənin qaliblərinə pul mükafatları artıq təqdim edilib.

20 min manatın 10 mini şəxsi istifadə üçün, 10 min manat isə təhsil üçün verilir: “İkinci “Yüksəliş” müsabiqəsinə qeydiyyat martın 31-də bitəcək. Biz belə düşünürük ki, 10 mindən artıq müraciət olacaq. Tələblərə cavab verən bütün namizədlər müsabiqədə iştirak edə bilər.Tələblər isə 21-50 yaş aralığı, ali təhsil və 2 il idarəçilik təcrübəsi olmalıdır”.

Fərhad Hacıyev qeyd edib ki, qaliblərdən və ekspert qismində iştirak edənlərdən başqa, ötən müsabiqədə iştirak edən hər kəs ikinci müsabiqə üçün də qeydiyyatdan keçə bilər. Həmçinin birinci müsabiqənin mentorluq proqramının nəticələrinin iyunda ictimaiyyətə açıqlanacağı nəzərdə tutulub.

0