Qusara yasa gedənlərin öldüyü qəzanın videosu - FOTO

ÖLKƏ
01:08 / 18.02.2022
2347

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza avtomobil yolunun Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil körpüdən aşıb.

Qəza nəticəsində bir ailənin 3 üzvü – sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu, həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və onların övladları 2021-ci il təvəllüdlü Həmzə hadisə yerində ölüb.

Hadisə nəticəsində ölən şəxslər Qusarda faciəli şəkildə dünyasını dəyişən bir ailənin 5 üzvünün yas mərasiminə gedirmişlər.

0