Manaf Ağayevlə Füzulidə “AA” seriyalı maşını sürən məşhur iş adamı həbs edilib? - DIN-dən AÇIQLAMA

ÖLKƏ
09:51 / 18.02.2022
840

Xəbər verdiyimiz kimi müğənni Manaf Ağayev qanunsuz yolla işğaldan azad edilən Füzuli şəhərinə gedib. Müğənninin instagranmda paylaşdığı videoda M. Ağayevin avtomobilinin yanında daha bir maşın görünür. Həmin şəxsin avtomobilinin dövlət nömrə nişanı 10-AA-307-dir. 

Manset.az-ın əldə etdiyi məlumata görə, 10-AA-307 dövlət qeydiyyat nişanlı bahalı avtomobil “MSDIS Holdıng” MMC-nin rəhbərliyinə məxsusdur. Sənan Hüseynov adlı şəxs iş adamıdır və Manaf Ağayevin yaxın dostudur.

Onun Manafla bərabər həbs olunub-olunmadığı da maraq doğurub.

Bu barədə Manset.az-a ekskulizv açıqlama verən DİN-nin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov həmin şəxsin icazə əsasında Füzuliyə getdiyini bildirib.

"Həmin 10-AA-307 nömrəli maşının icazəsi olub. Ona görə də o həbs olunmayıb. O Füzuliyə qanuni gedib".

0