Nazir tanınmış professoru işdən niyə çıxardıb? - AÇIQLAMA

ÖLKƏ
17:00 / 18.02.2022
1189

Təhsil naziri Emin Əmrullayevin əmrinə əsasən, nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri, professor Əfqan Abdullayev işdən çıxarılıb.

HİT.az xəbər verir ki, Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Axar.az-a açıqlamasında məlumatı təsdiqləyib.

O bildirib ki, Əfqan Abdullayev vəzifəsindən əmək müqaviləsinin vaxtı bitdiyi üçün azad olunub.

Qeyd edək ki, nazirlikdə ən yüksək elmi dərəcəyə sahib olan professorun işindən uzaqlaşdırılması müzakirə yaradıb. Ə.Abdullayev Bakupost.az-a açıqlamasında bu ilin yanvar ayında işdən çıxarılması ilə bağlı ərizə yazdığını deyib. O, hazırda işsiz olduğunu bildirib və vəzifədən uzaqlaşmasının səbəbləri barədə danışmaq istəməyib.

Xatırladaq ki, Abdullayev bu vəzifəyə 2019-cu ildə təyin olunmuşdu. Bundan əvvəl ADU-nun rektor əvəzi və tədris işləri üzrə prorektoru vəzifəsində çalışmışdı. 

0