Nazir polis kapitanına vəzifə verdi

ÖLKƏ
17:13 / 18.02.2022
1293

Daxili işlər orqanlarında kadr təyinatı olub. 

Oxu.Az xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmrinə əsasən, polis kapitanı Fəzail Fərzəlibəyli Ucar Rayon Polis Şöbəsinin (RPŞ) Təhqiqat Bölməsinə rəis təyin edilib. 

Qeyd edək ki, o, bu təyinata qədər Ucar RPŞ-nin baş təhqiqatçısı kimi çalışıb.

1