Azərbaycanda yol polisini bıçaqladılar

ÖLKƏ
09:20 / 19.02.2022
959

Gəncədə bıçaqlanma hadisəsi verib.

Hit.az xəbər verir ki, APA-nın əldə etdiyi məlumata görə, 1985-ci il təvəllüdlü Abdıyev Mürşüd sol qolunun bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Dərhal xəstənin yarası tikilib,vəziyyətinin normal olduğu bildirilir. Qeyd edək ki, bıçaq xəsarəti alan şəxs Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşıdır.

Hadisə onun xidməti vaxtı baş verib.

Cinayəti törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır

0