Məşhurlar Ziya Məmmədovun qardaşı oğlunun toyunda - FOTO/VİDEO

ÖLKƏ
14:20 / 19.02.2022
1766

"Bəli, qardaşım oğlunun toyu olub. Bunu şişirtməkdə nə var ki? Toy nə vaxtdan qadağan olunub? Qardaşım oğlunun toyu idi, oldu-bitdi". 

Bu sözləri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov deyib.

Keçmiş millət vəkili toyun təmtəraqlı keçirilməsinə münasibət bildirmək istəməyib: "Qalan məsələlərə münasibət bildirmək istəmirəm".

Qeyd edək ki, olay.az saytının məlumatına görə, sabiq Nəqliyyat nazir Ziya Məmmədovun qardaşı oğlu Arzuman Məmmədovun toyu olub. Ötən gün keçirilən dəbdəbəli məclisdə xeyli sayda sənət nümayəndəsi iştirak edib. 

Gecədə türkiyəli müğənni Alişan, Xalq artisti Röya Ayxan, Əməkdar artistlər Sevda Ələkbərzadə, Abbas Bağırov, müğənni Zamiq Hüseynov da səhnə alıb. Tədbirin aparıcısı isə Leyla Quliyeva olub.

Məclisdən sonra isə Abbas Bağırov və müğənni Vüsal Hacıyevin də yer aldığı yığıncaq təşkil edilib. Sənətçilərimiz Alişanla birlikdə mahnılar səsləndirib.

3