Müdafiə Nazirliyinin saxlanılan idarə rəisi barədə qərar verildi (VİDEO/YENİLƏNİB)

ÖLKƏ
15:35 / 21.02.2022
2782

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

APA-nın xəbərinə görə, Bakı Hərbi Məhkəməsində keçirilən prosesdə təqdimat təmin edilib. M. Qurbanov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, M. Qurbanova hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb. Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib.

M. Qurbanov ehtiyatda olan polkovnikdir. 27.08.2019-cu ildə ordu sıralarından yaşa görə ehtiyata buraxılıb.

13:16

Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb.

Hit.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidməti təsdiqləyib.

Qeyd edilib ki, Hərbi Prokurorluğun İstintaq idarəsi tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham elan edilib və həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdimat verilib.

Xatırladaq ki, Məlikməmməd Qurbanov hazırda hərbi xidmətdə deyil. O, 2019-cu ilin avqustunda yaşa görə ehtiyata buraxılıb.

12:34

Müdafiə Nazirliyinin daha bir yüksək vəzifəli şəxsi həbs edilib.

Hit.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi, polkovnik Qurbanov Məlikməmməd Oruc oğlu saxlanılıb. O, Hərbi Prokuorluğun Ağır Cinayətlərə dair İstintaq İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib.

Polkovnik M.Qurbanov dövlətə 3,5 milyon manat maddi ziyan vurmaqda ittiham edilir.

Hazırda istintaq tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilməsi üçün təqdimat verilib. Yaxın saatlarda məhkəmə bununla bağlı qərar verəcək.

 

0