Bakıda park yanğın söndürüldü - VİDEO (YENİLƏNİB)

ÖLKƏ
15:01 / 21.02.2022
751

Bakının Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində parkda baş verən yanğının qarşısı alınıb.

FHN-dən Hit.az-a verilən xəbərə görə, yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

14:40

Bakıda park yanır.

Hadisə paytaxtın Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində yerləşən Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında qeydə alınıb.

Belə ki, park ərazində yerləşən mədəniyyət və iaşə obyektində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.(report.az)

0