Bakıda toy yasa çevrildi - Bəyin dayısı öldü (VİDEO)

ÖLKƏ
10:42 / 22.02.2022
701

Bakının Nizami rayonunda baş verən ağır yol qəzasının təfərrüatları məlum olub.

HİT.az İTV-yə istinadən xəbər verir ki, hadisə Bəklir Çobanzadəki şadlıq saraylarından birinin qarşısında baş verib.

“Toyota” markalı avtomobili idarə edən Ramil Əliyev yol kənarında hərəkət edən şəxsi vurub. Piyada xəstəxanaya aparılarkən yolda keçinib.

Şahidlərin dediyinə görə ölən piyada bəyin dayısıdır.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb. Sürücü R.Əliyev saxlanılıb.

0