Bakı metrosunda FACİƏ: Ölən var (YENİLƏNİB)

ÖLKƏ
14:40 / 22.02.2022
1300

"Bakı Metropoliteni" QSC "İnşaatçılar" stansiyasında əməkdaşının ölümü ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

HİT.az xəbər verir ki, qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Report"a açıqlamasında qeyd edib ki, "Bakı Metropoliteni"nin elektrik təchizatı xidmətinin elektrik stansiyaları yarımstansiyasının 5-ci sahəsinin elektrik mexaniki 63 yaşlı Məlikəli Əliyev fevralın 18-də iş prosesində özünü pis hiss etməyə başlayıb

"Həmin gün M.Əliyev iş gününün sonuna qədər öz funksiyalarını yerinə yetirib. Evə getdikdən sonra axşam saatlarında yenə özünü pis hiss edib və təcili yardım çağırılaraq xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq dünən axşam saat 20:00-21:00 radələrində xəstəxanada insult nəticəsində dünyasını dəyişib", - B. Məmmədov bildirib.

*** 13:29

Bakı metrosunda ölüm hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə metronun “İnşaatçılar” stansiyasında qeydə alınıb.

Orada elektrik mexanik işləyən 63 yaşlı Məlikəli Nufəli oğlu Əliyev iş otağında yıxılıb. Başından xəsarət alan elektrik xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1