Bu qurumda ƏMƏLİYYAT KEÇİRİLDİ

ÖLKƏ
15:17 / 22.02.2022
3110

Hüquq-mühafizə orqanları tərəfindən Abşeron rayonunda əməliyyat keçirilib.

HİT.az Musavat.com-a istinadən xəbər verir ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsində xüsusi əməliyyat keçiriblər.

Məlumata görə, əməliyyat zamanı idarənin rəisi, müavini və bir neçə əməkdaşı saxlanılıb. Onları xüsusi avtomobillərə əyləşdirib aparıblar.

Əlavə məlumat veriləcək.

0