Azərbaycanın xalq artisti vəfat etdi - FOTO (YENİLƏNİB)

ÖLKƏ
16:02 / 23.02.2022
954

Mərhum Xalq artisti Kamil Cəlilovun dəfn olunacağı yer dəyişdirilib.

Bu barədə HİT.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xalq artisti Kamil Cəlilov bu axşam Bakı şəhərində II Fəxri Xiyabanda dəfn olunacaq.

*** 10:12

Azərbaycan Xalq artisti, qoboyçusu, bəstəkarı və pedaqoqu Kamil Cəlilov dünyasını dəyişib.

HİT.az Lent.az-a istinadən xəbər verir ki, 84 yaşında vəfat edən musiqiçi bu gün torpağa tapşırılacaq.

Qeyd edək ki, 1938-ci il yanvarın 29-da Buzovnada anadan olan K.Cəlilov qoboy alətini muğam janrına gətirən ilk ifaçıdır. Bəstəkar Fikrət Əmirovun qoboy və fortepiano üçün "Altı pyes"inin ilk ifaçısıdır. 1990-cı ildə Kamil Cəlilovun ifa etdiyi "Zəminxarə" muğamı Qara Yanvar hadisələri ilə sıx əlaqələndirilir. Ailəli idi, 3 qızı var. 

0