Tofiq Abbasın Pənah Hüseynlə davasına AzTV-dən münasibət

ÖLKƏ
14:24 / 23.02.2022
2727

Xəbər veridyimiz kimi, dünən Rauf Arifoğlunun aparıcılığı ilə yayımlanan “Dərin Təhlil” verilişində Pənah Hüseynlə  AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının baş redaktoru Tofiq Abbasov arasında dava düşüb. Tofiq Abbas Pənah Hüseynə hücum edərək ona zərbələr endirməyə başlayıb.

Dava ilə bağlı  “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva 32gun.az-a açıqlama verib: 

Kanal rəsmisi bildirib ki,  T.Abbasın kənar verilişdə dediyi sözə və ya etdiyi hərəkətə görə AzTV məsuliyyət daşımır:

"Hadisə AzTV-də və ya TV-də yayımlanan hansısa verilişdə baş verməyib. Tofiq Abbasov AzTV-nin əməkdaşı olmaqla yanaşı, həm də siyasi ekspertdir. Onun müstəqil ekspert olaraq hansısa kənar verilişdə dediyi sözə və ya etdiyi hərəkətə görə AzTV məsuliyyət daşımır. Amma təbii ki, rəhbərlik hadisədən sonra T. Abbasovla görüşüb və öz iradını bildirib".

2