DİN-də yeni TƏYİNAT

ÖLKƏ
17:45 / 24.02.2022
1427

Daxili işlər orqanında kadr dəyişikliyi olub.

Oxu.Az-ın məlumatına görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Cəfərov Elzadə Firdovsi oğlu Daşkəsən Rayon Polis Şöbəsinin Xidmət üzrə rəis müavini vəzifəsindən azad olunub.

Nazirin digər əmri ilə o, Göygöl Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini təyin olunub.

0