Nəzir və ianəni onlayn ödəmək mümkün olacaq

ÖLKƏ
15:58 / 25.02.2022
544

Azərbaycanda dini qurumlar ianə edilmiş pul vəsaitlərini plastik kart və elektron ödəmə sistemləri vasitəsilə qəbul edəcək.

HİT.az-ın məlumatına əsasən, bu barədə “Dini etiqad azadlığı haqqında” qanuna dəyişiklik layihəsində bildirilir.

Qanunun 18-ci maddəsinə təklif olunan dəyişiklik parlamentin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

Dəyişikliklə dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri nağd və ya bank, poçt, plastik kart, elektron ödəmə sistemləri yaxud internet vasitəsilə qəbul edəcək.

Qeyd edək ki, “Dini etiqad azadlığı haqqında" qanunun 18-ci maddəsinin uyğun bəndi hazırda belədir: “Dini qurumlar könüllü ianələr üçün müraciət edə, habelə bu ianələri qəbul edə bilər”.

Müzakirələrdən sonra qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

1