Dumanlı hava nə vaxtadək davam edəcək?

ÖLKƏ
22:47 / 25.02.2022
515

Dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək.

Milli Hidrometeorologiya Xidmətindən HİT.az-a bildirilib ki, Sumqayıt, Bakı,  Pirallahı,  Neft Daşları, Çilov adası,  Göygöl, Naftalan, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Şəki, Xaçmaz, Tərtər, Bərdə, Hacıqabul, Biləsuvar, Qax, Mingəçevir, Beyləqan, Yevlaxda duman müşahidə olunub.

Magistral avtomobil yollarının bəzi hissələrində  duman ilə əlaqədar  görünüş məsafəsi 100-500 metrədək məhdudlaşıb.

Ölkə ərazisində dumanlı hava şəraiti fevralın 26-sı səhərədək davam edəcək.

0