Katib Məmmədovun qardaşı oğlu Xarkovda öldürüldü

ÖLKƏ
11:46 / 27.02.2022
1552

Odessa şəhərini tərk etmək istəyən həmvətənlərimizin maşın karvanı diversiya qrupu tərəfindən atəşə tutulub.

Odessada yaşayan soydaşlarımızın APA-nın Kiyevdəki xüsusi müxbirinə verdiyi məlumata görə, hadisə ötən gecə olub.

Sərhəd qoşunlarının formasında diversiya qrupu olduğu ehtimal olunan silahlılar tərəfindən həmvətənlərimizin olduğu 8 avtomobildən ibarət maşın karvanı atəşə tutulub.

Maşın karvanının atəşə tutulması nəticəsində 3 soydaşımız dünyasını dəyişib. Həmin şəxslər Xarkovu tərk etmək üçün Odessaya gediblərmiş.

Xarkovda isə küçədə atışma zamanı Ukraynanın Xalq rəssamı Katib Məmmədovun qardaşı oğlu güllələnib.

Bu barədə APA-ya hazırda Azərbaycanın Ukraynadakı konsulluğunda olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli məlumat verib.

S. Adgəzəlli deyib ki, hazırda atışma olduğu üçün küçədən meyiti götürmək mümkün olmadığını bildirib.

Hadisə yarım saat əvvəl baş verib.

2