Ceyhun Bayramov britaniyalı nazirlə Ukraynanı müzakirə ETDİ

ÖLKƏ
19:18 / 01.03.2022
692
Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik ölkələri və İnkişaf Ofisində Avropa məsələləri üzrə dövlət naziri Ceyms Kleverli ilə telefon danışığı baş tutub. Bu barədə Hit.az"-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Tərəflər regional məsələlər, xüsusilə Ukraynadakı vəziyyət ilə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələlərini, habelə qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.
0