Eldar Mahmudovun vəfatı xəbəri yayıldı, vəkili təkzib etdi

ÖLKƏ
12:51 / 02.03.2022
1726

Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov vəfat etməsi barədə xəbər yayılıb.

HİT.az xəbər verir ki, bu barədə "e-huquq.az" saytı məlumat yayıb. Saytın məlumatına görə, E. Mahmudov gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.

Amma Eldar Mahmudovun vəkili Cavid Rzazadə Qaynarinfo-ya açıqlamasında xəbəri təkzib edib.

"Xəbər yalandır. Eldar Mahmudov evindədir. Nə müalicə alır və nə də ki, özünü narahat hiss edir. Mən ailəsinin adından bildirirəm ki, bu şayiədir. Nəsə olsaydı deyərdik”.

0