Azərbaycanda polis mayoru faciəvi şəkildə öldü - FOTO

ÖLKƏ
10:15 / 03.03.2022
2868

Yevlaxda yol-nəqliyyat hadisəsi baş verib.

Hit.az Oxu.Az-a istinadən xəbər verir ki, qəza zamanı “Chevrolet Cruze” markalı avtomobil yük maşınına çırpılıb. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 32 yaşlı Faiq Cəfərov ağır xəsarətlər alıb. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, polis mayoru F.Cəfərov Yevlax Rayon Polis Şöbəsinin baş təhqiqatçısı vəzifəsində çalışıb. Qəza işdən evə gedən zaman baş verib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan faktı saytımıza təsdiqləyiblər.

0