Həbsxanada ölən məhbusa işgəncə verilib? - AÇIQLAMA

ÖLKƏ
13:30 / 04.03.2022
487

Həbsxanada ölən məhbusun qardaşı işgəncə iddiasını YALANLADIXəbər verdiyimiz kimi, mətbuatda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 Saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən Qobustan qəsəbə sakini İlqar Heybətovun fiziki işgəncələrə dözməyərək, bu gün dünyasını dəyişməsi ilə bağlı məlumat gedib.

İlqar Heybətovun qardaşı Eldar Heybətov məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verərək, yayılan informasiyanın yalan olduğunu bildirib:

"Mənim qardaşımın guya işgəncələrə dözməyərək ölməsi ilə bağlı yayılan məlumat əsasızdır. 7 Saylı Cəzaçəkmə Müəssisəsində olan məhbuslara, eləcə də qardaşıma rəhbərlik tərəfindən hər zaman hörmət və diqqət göstərilib. Bunu qardaşımın özü də hər dəfə bizimlə danışan zaman qeyd edirdi. İlqar söyləyirdi ki, ona orada göstərilən hörmət heç yerdə edilmir. İlqarın qardaşı mənəm.

Bu barədə məlumat vermək səlahiyyəti mənə və övladıma məxsusdur. Bizim tərəfimizdən belə bir açıqlama verilməyib. Bu gün sosial şəbəkələrdə min dənə yalan məlumatlar yazılır. Bu işə görə mən hara lazımdırsa, müraciət edəcəyəm. Qardaşımın ölümündən şəxsi maraqlara görə istifadə edilməsini qadağan edirəm. Mənim 7 Saylı Cəzaçəkmə Müəssisəsinin heyətindən heç bir narazılığım yoxdur.

Bir daha qeyd edirəm ki, qardaşımın döyülməsi iddiası yalandır. Qardaşım ürək çatışmazlığından dünyasını dəyişib. Mən qardaşımı soyundurub bədəninə də baxmışam. Heç bir döyülmə və işgəncə izi yoxdur. Ekspertizanın nəticələri təmizdir.

Ən önəmlisi isə, 7 Saylı Cəzaçəkmə Müəssisəsinin rəis müavini Kənan Orucova guya tərəfimizdən üç min manat pul verilməsi ilə bağlı iddia uydurmadan başqa bir şey deyil. Biz hər zaman qardaşıma göstərilən hörmətə görə 7 Saylı Cəzaçəkmə Müəssisəsinin bütün heyətindən razı olmuşuq".

0