Azərbaycanda 51 polis işdən çıxarılıb - RƏSMİ

ÖLKƏ
14:08 / 04.03.2022
866

Azərbaycanda cəzalandırılan polis əməkdaşlarının sayı məlum olub.

Daxili İşlər Nazirliyindən Hit.az-a verilən məlumata görə, ötən il aşkar edilən pozuntulara görə, daxili işlər orqanlarında 168 əməkdaşa intizam tənbehi tətbiq edilib.

Onlardan 30-u daxili işlər orqanlarında xidmətdən xaric olunub, 21-i isə tutduğu vəzifədən azad edilib.

Həmçinin 117 əməkdaş barəsində digər məsuliyyət tədbirləri görülüb.

0