Agdamtv.info portalı istifadəyə verildi

ÖLKƏ
10:05 / 05.03.2022
706

Bu günlərdə Azərbaycan internet-media məkanında yeni, çoxşaxəli portal istifadəyə verilib.
 
Agdamtv.info portalı ölkə mətbuatının bir parçası kimi, özündə Qarabağa, Ağdama aid ən son yenilikləri ehtiva edir.

Oxucular Agdamtv.info portalında ölkəmizdə baş verən hadisələr, maarifləndirici məqalələr, eləcə də gündəmin əsas mövzuları ilə bağlı rəsmi xəbərlər və yeni məlumatlarla tanış ola biləcəklər. Saytda Ağdamda gedən yenidən qurma işləri  də yer alacaq. Həmçinin şəhid və qazilərimiz haqqında məlumatlara geniş yer veriləcək:  dünya mediasında  Qarabağla bağlı dərc olunan  məlumatlar saytda əksini tapacaq.

“Agdamtv.info”da, həmçinin Ağdamın və Qarabağın  ən tanınmış şəxsləri ilə prioritet mövzularda müsahibələr, videoçarxlar yer alacaq.

Portalın kollektivinin əsas məqsədi ictimaiyyətə məlumatları dəqiq və operativ şəkildə çatdırmaq, eləcə də keyfiyyətli məzmun təqdim etməkdir.

0