Ukraynada həlak olan Eminin anası da 5 gün əvvəl vəfat edibmiş... - FOTO

ÖLKƏ
22:29 / 05.03.2022
779

Xəbər verdiyimiz kimi, ötən gün Xarkov şəhərinin 5 kilometrliyində yerləşən Çerkaskie Tişki kəndinə düşən mərminin partlaması nəticəsində əslən azərbaycanlı olan Ukrayna vətəndaşı Mahmudov Emin Zabit oğlu, həyat yoldaşı Mahmudova Lyudmila və qayınanası dünyasını dəyişib. Onların sağ qalan iki övladı hazırda qohumlarının himayəsi altındadır.

Ailənin həmkəndlisi Vüqar Fəttayev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Emin Mahmudovun anası Gülçöhrə Mahmudova beş gün əvvəl oğlu ilə telefonla danışandan sonra vəfat edib.

Onun sözlərinə görə, oğlu barədə məlumat alandan sonra Gülçöhrə Mahmudovanın halı pisləşib və bir neçə saat sonra dünyasını dəyişib.

0