Ordumuzun Türkiyə modeli əsasında qurulması sürətləndirilir

ÖLKƏ
14:50 / 07.03.2022
507

Azərbaycan Ordusunda Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin tətbiqinin sürətləndirilməsi tapşırılıb.

Hit.Az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov tapşırıq verib.

Nazir Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə uyğun olaraq Türkiyə Respublikası Silahlı Qüvvələri modelinin Azərbaycan Ordusunda, o cümlədən hərbi təhsil sahəsində tətbiqinin sürətləndirilməsini tapşırıb.

0