Prezidentin təltif etdiyi 13 qadın kimdir? - FOTOLAR

ÖLKƏ
16:36 / 07.03.2022
2157

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bir qrup xanımı “Tərəqqi” medalı ilə təltif edib.

Hit.Az “Qafqazinfo”ya istinadla həmin qadınlar barədə qısa məlumatı təqdim edir:

Axundova Nəcibə Novruz qızı

N.Axundova 2016-cı il aprelin 18-i Lələ təpə strateji nöqtəsində olan zaman minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşıdır.

298656

Əfrasiyabova Dilarə Paşa qızı

D. Əfrasiyabova Vəkillər Kollegiyasının üzvüdür. O, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda fəaliyyət göstərir.

298659

İqtisad üzrə fəlsəfə doktoru, dosent M. İmanova Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktorudur.

Qasımova Bahar Komandir qızı

B.Qasımova Respublika Qadınlar Cəmiyyətinin sədridir.

Mirzəzadə Gülqədəm Abdulalı qızı

G.Mirzəzadə Neftçala rayon Qadın Resurs Mərkəzinin rəhbəri və Neftçala rayon Aşağı Qaramanlı bələdiyyəsinin sədridir.

298663

D.Muxtarova tanınmış azərbaycanlı milyonçu, xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsidir.

298664

Salamova Gülnaz Mustafa qızı

G.Salamova Şəki şəhər bələdiyyəsinin üzvü, Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin üzvü, “Sevil” Qadınlar Məclisi Şəki təşkilatının sədridir.

298666

Tağıyeva Leyla Çingiz qızı

L.Tağıyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Regional İnkişaf” İctimai Birliyinin Beynəlxalq Əməkdaşlıq şöbəsinin müdiridir.

1