XDMX-nin yüksək rütbəli zabiti dünyasını dəyişdi (FOTO)

ÖLKƏ
16:59 / 08.03.2022
878

Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin yüksək rütbəli əməkdaşı qəfildən dünyasını dəyişib.

HİT.az bakupost.az-a itinadən xəbər verir ki, polkovnik-leytenant Mübariz Vəliyev dünən axşam saatlarında ürək tutamasından vəfat edib.

1970-ci il təvəllüdlü M.Vəliyev çalışdığı sahədə böyük xidmətləri olan zabitlərdən hesab olunub.
O, 2019-cu ildə Prezident İlham Əliyev tərəfindən Xidməti vəzifələrini yerinə yetirərkən əldə etdikləri yüksək nailiyyətlərə görə “İgidliyə görə” medalı ilə təltif edilib.

Mərhum bu gün dəfn olunub. 

0