Bu gün neçə vaksin vurulub?

ÖLKƏ
18:57 / 08.03.2022
1021

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 815 vaksin vurulub.

HİT.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 931, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1150, 3 dəfə və daha çox vaksinasiya olunanların sayı 13 718 olub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 1016 olub.

Vurulan vaksinlərin ümumi sayı 13 176 571, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 309 703, ikinci mərhələ üzrə 4 796 474 nəfər təşkil edir. Ümumilikdə 2 855 788 “buster” doza vurulub. Pozitiv nəticədən sonra “buster” doza üzrə vaksinasiya olunanların sayı 214 606 olub. 

0