Yaşayış binasında yanğın, sakinlər təxliyə edildi

ÖLKƏ
22:57 / 09.03.2022
684

Sumqayıt şəhərində beşmərtəbəli yataqxana binasının 5-ci mərtəbəsində ümumi sahəsi 20 m² olan otağın yanar konstruksiyaları və ev əşyaları yanıb.

HİT.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, yanğın zamanı yanğınsöndürənlər tərəfindən beş nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub:

“Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb”.

0