Ermənilər indi də Ağdamı atəşə tutdu - VİDEO

ÖLKƏ
10:21 / 10.03.2022
503

Martın 10-u gecədən səhər saatlarınadək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstəsinin üzvləri Ağdam rayonunun Çuxurməhlə, Qurdlar, Xıdırlı, Qaradağlı və Qasımlı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərimizi müxtəlif çaplı silahlardan fasilələrlə atəşə tutub.

Bu barədə HİT.az Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunan istiqamətlərdə təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri  görülüb.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

1