Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların SİYAHISI

ÖLKƏ
13:17 / 11.03.2022
1153

Ukraynadakı müharibə zamanı həlak olan azərbaycanlıların kimliyi məlum olub.

HİT.az adları açıqlanan şəxslərin siyahısını təqdim edir:

1. 1976-cı il təvəllüdlü Neymət İsmayılov;

2. 1966-cı il təvəllüdlü Rəhim İsmayılov;

3. 1995-ci il təvəllüdlü Qabil İsmayılov;

4. 1997-ci il təvəllüdlü Camal Salmanov.

Yuxarıda qeyd olunan şəxslər Odessa vilayətindən təxliyə olunan zaman Moldova sərhədinə yaxınlaşarkən maşınları atəşə tutulub.

5. 1987-ci il təvəllüdlü Qoşqar Məmmədov - Xarkovda küçəyə çıxan zaman öldürülüb.

6. 1978-ci il təvəllüdlü Elnur Əmrahov - Çerniqov vilayətində könüllü kimi məktəbdə xəsarət alanlara kömək edərkən partlayış nəticəsində həlak olub.

7. 1984-cü il təvəllüdlü Arzu Süleymanov - Çerniqov şəhərində avtomobilinin üzərinə raket düşüb.

Kimliyi dəqiq olmayanlar:

1. 1995-ci il təvəllüdlü Səbuhi Fərziyev - Vışqorod rayonu;

2. Nikolayev şəhərində raket atəşi nəticəsində avtomobildə bir azərbaycanlı ölüb. //oxu.az

1