Ana Kiyevi dəstəkləyir, oğlu isə dinc sakinləri bombalayır – Ukrayna dəhşətləri

ÖLKƏ
19:05 / 11.03.2022
1171

Valideyinləri Ukraynanın Poltava vilayətinin Kremençuk şəhərində yaşayan işağl edilmiş Krımdan olan hərbi təyyarənin adı açıqlanmayan pilotu Ukraynanın dinc əhalisinə hava zərbələri endirmək əmrində heç bir cinayət əməli görmür.

Qaynarinfo xəbər verir ki, bu barədə məlumatı Ukrayna Təhlükəsizlik Xidmətinin mətbuat xidməti yayıb. Qurum həmçinin pilotun anasının ifadələrini verib.

Anklazenskaya Yelena Yuryevna adlı ana Rusiya tərəfində vuruşan oğlunun təyyarəsinin vurulduğu və onun Ukrayna tərəfə əsir düşdüyünü xəbərlər vasitəsilə öyrənib.

Qeyd edilir ki, həmin pilot martın 5-də Nikolayev səmasında vurulub.

Efirdə çıxış edən ana oğlunun bu hərəkətindən xəcalət çəkdiyini deyərək, normal, layiqli oğul yetişdirə bilmədiyinə görə, Ukrayna xalqından üzr istəyib.

0