Türkmənistanda prezident seçkilərində səsvermə başa çatdı

ÖLKƏ
16:32 / 12.03.2022
499

Türkmənistanda növbədənkənar prezident seçkilərində səsvermə başa çatıb.

Hit.az xəbər verir ki, yerli vaxtla saat 17:00-da (Bakı vaxtilə 16:00) ölkə ərazisində səsvermə məntəqələri bağlanıb.

Türkmənistan Mərkəzi Seçki Komissiyasının son məlumatına əsasən, səsvermədə seçici fəallığı 86,34 faiz təşkil edib.

Qeyd edək ki, seçkilərdə prezident vəzifəsi uğrunda 9 namizəd, o cümlədən hazırkı prezident Qurbanqulı Berdiməhəmmədovun oğlu Sərdar Berdiməhəmmədov mübarizə aparır.

0