"Siyəzən Broyler" ASC-nin ərazisində yanğın

ÖLKƏ
16:45 / 13.03.2022
772

"Siyəzən Broyler" ASC-nin ərazisində yanğın olub.

Bu barədə HİT.az-a Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, ASC-nin ərazisində ümumi sahəsi 1096 m² olan quşçuluq sexinin dam örtüyünün yanar konstruksiyaları 548 m² sahədə, içərisində elektrik naqilləri 820 p.m, 12 ədəd mühərrik və havalandırma qurğusu, 1070 ədəd plastik su və yem qabı yanıb.

Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

0