Azərbaycanda tanınmış marketə cərimə protokolu yazıldı

ÖLKƏ
15:55 / 14.03.2022
512

Azərbaycanda tanınmış marketə cərimə protokolu yazılıb.

“Report”un xəbərinə görə, “OBA market” MMC barəsində müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin (İXM) 518.1-ci (Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi) maddəsi ilə inzibati protokol tərtib edilib və baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib.

İş hakim Anar Rzayevin icraatına verilib. Məhkəmə iclasının vaxtı hələlik məlum deyil.

Bu xətaya görə, fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

0