Azərbaycanlı dənizçi gəmidə ölü tapıldı - Araşdırma başlanıldı (FOTO)

ÖLKƏ
16:11 / 16.03.2022
1029

Samsunda Azərbaycan vətəndaşı olan dənizçi gəmidə ölü tapılıb.

Qaynarinfo xəbər verir ki, hadisə Samsun Limanında lövbər salan yük gəmisində baş verib. Gəmidə xidmət edən Azərbaycan vətəndaşı, 60 yaşlı Səfa İbrahimovun otağında meyiti tapılıb. 

Azərbaycanlı dənizçinin ölümündə şübhəli hallar aşkarlandığı üçün hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar başlayıb.

Səfa İbrahimovun meyiti tibbi ekspertiza üçün Samsun Təhsil və Araşdırma Xəstəxanasının morquna aparılıb. 

Ölümün dəqiq səbəbi ekspertizanın nəticələrindən sonra açıqlanacaq.

0