Operativ Qərargah Covid-19 və vaksinlə bağlı məlumat yaydı

ÖLKƏ
19:13 / 17.03.2022
1038

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 99 yeni yoluxma faktı qeydə alınıb, 315 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan hit.az-a verilən xəbərə görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 16 552 vaksin vurulub.

Gün ərzində birinci doza vaksinlərin sayı 818, ikinci doza vaksinlərin sayı 1 815 təşkil edib.

Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 13 119-dur. Pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı 800 olub.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 320 490, birinci doza peyvəndlərin ümumi sayı 5 317 085, ikinci doza vaksinlərin sayı 4 809 138 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 972 338, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 221 929 olub.

1