Sabiq icra başçısına 11 il həbs cəzası verildi  

ÖLKƏ
18:03 / 18.03.2022
870

Sabunçu rayon Məhkəməsinin inzibati binasında Biləsuvar rayonunun sabiq icra başçısı Mahir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hit.az xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrlik etdiyi prosesdə vəkil Leyla Məmmədova müdafiə çıxışı edib.

Vəkil çıxışında təqsirləndirilən şəxsə həbslə bağlı olmayan cəza təyin etməyi xahiş edib.
Mahir Quliyev də son sözündə vəkilin çıxışını müdafiə edib.

Prosesdə hökm oxunub.

Hökmə əsasən, Mahir Quliyev 11 il azadlıqdan məhrum olunub.

Həmçinin, məhkəmə Mahir Quliyevin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb.

Sabiq icra başçısının üzərinə həbs qoyulan əmlaklarının siyahısını təqdim edirik:

1. Bakı şəhərində yerləşən, 2005-ci ildə alınmış mənzil;

2. "Audi" markalı avtomobil;

3. Bakı şəhərində yerləşən daha bir mənzil.

0