Bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanıldı

ÖLKƏ
18:25 / 18.03.2022
821

Bakıda azyaşlı bacısı qızını dilənçiliyə məcbur edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən HİT.az-a bildirilib ki, Yevlax rayon sakini Pərviz Bədəlov himayəsində olan azyaşlı bacısı qızını Nəsimi rayonunda dilənçiliyə məcbur edib.  Azyaşlını dilənçiliyə sövq edən əvvəllər məhkum olunmuş P.Bədəlov saxlanılaraq Nəsimi Rayon Polis İdarəsinə gətirilib. Araşdırma zamanı azyaşlının faktiki olaraq valideyn himayəsindən məhrum olduğu, eləcə də həyat və sağlamlığı üçün ciddi təhlükə yarandığı müəyyən edilib.

Azyaşlı müvafiq dövlət qurumlarının iştirakı ilə müvəqqəti sığınacağa yerləşdirilib. Araşdırmalar davam etdirilir.

 

 

0