ADPU-nun dosenti vəfat etdi (FOTO)

ÖLKƏ
17:55 / 19.03.2022
750

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) dosenti dünyasını dəyişib.

Hit.az xəbər verir ki, Tağıyeva Zemfira Əsgər qızı 82 yaşında vəfat edib.

Qeyd edək ki, Z. Tağıyeva 1940-ci il Bakı şəhərində anadan olub. ADPU-nin “Hesablama riyaziyyatı və informatika” kafedrasının müəllimi və dosenti idi.

Prezident İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı və təhsil nazirinin əmri ilə “Qabaqcıl Təhsil İşçisi” döş nişanı ilə təltif edilib.

0