Ermənistan ikinci Qarabağ müharibəsində neçə nəfər itirib? - ƏN SON MƏLUMAT

ÖLKƏ
14:58 / 22.03.2022
688

Ermənistanın İstintaq Komitəsi 2020-ci ilin payızında Qarabağda 44 günlük müharibə nəticəsində həlak olan və itkin düşən hərbçilər haqqında yenilənmiş məlumatını təqdim edib.

HİT.az report-a istinadən xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb i Komitənin ən son məlumatına görə, müharibə nəticəsində həlak olanların sayı 3 822 nəfərdir.

İstintaq Komitəsi müharibə zamanı daha 187 hərbçinin itkin düşdüyünü bildirib. Ermənistanın ictimai qurumları və müxalifəti bu rəqəmin həqiqəti əks etdirmədiyini, ölənlərin sayının açıqlanan göstəricidən çox olduğunu iddia edir.

0