Fövqəladə Hallar Nazirliyi yağan yağışlar nəticəsində su basmış ərazilərdəki vəziyyətlə bağlı açıqlama yayıb.
HİT.az-a daxil olan məlumatda qeyd edilir ki, intensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.
Belə ki, gün ərzində FHN-in qüvvələri tərəfindən Füzuli rayonunun Aşağı Yağlıvənd kəndində və Cəlilabad rayonunun Göytəpə şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.