Azərbaycan hərbçiləri Pakistanda paradda iştirak edib

ÖLKƏ
11:24 / 23.03.2022
954
Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti martın 23-də Pakistan Günü münasibətilə keçirilən hərbi paradı izləyib. Bu barədə Müdafiə Nazirliyindən hit.az-a məlumat verilib. Paradda fəxri qonaq qismində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov iştirak edib. Müxtəlif dövlətlərin silahlı qüvvələrinin nümayəndələrinin qatıldığı hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.
0