Füzulidə mülki şəxs minaya düşdü - YENİLƏNİB

ÖLKƏ
15:52 / 23.03.2022
667

Füzulidə mülki şəxsin minaya düşməsi hadisəsi rayonun işğaldan azad olunmuş Seyid Əhmədli kəndində qeydə alınıb.

HİT.az APA-ya istinadən xəbər verir ki, 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı idarə etdiyi “SHACMAN” markalı “77-CB-134” dövlət nömrə nişanlı yük maşını ilə dönmə əməliyyatı edərkən minaya düşüb.

Nəticədə sürücü V. Zülfüqarlı ağır bədən xəsarəti alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 13:49

Füzulidə mülki şəxs minaya düşüb.

Hit.az xəbər verir ki, Füzuli rayonunun işğaldan azad edilmiş ərazilərində 1996-cı il təvəllüdlü Vüqar Zülfüqarlı minaya düşüb. Nəticədə o, ağır bədən xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, faktla bağlı Füzuli rayon Prokurorluğunda araşdırma aparılır.

1