Ramazan ayının başlama vaxtı açıqlandı

ÖLKƏ
12:33 / 25.03.2022
1760

Aprelin 2-si Ramazan ayının ilk günüdür.

Hit.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Fuad Nurullayev deyib. O bildirib ki, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Şamaxı Rəsədxanasına sorğu göndərilib.

"Onlar ayların daxilolma təqvimini bizə təqdim ediblər. Təqvimə əsasən aprelin 2-si Ramazan ayı daxil olacaq. Ayın 1-də Ramazan hilalı görünəcək. Hilal görünürsə, sabahı Ramazan ayının 1-idir" - o qeyd edib. QMİ sədrinin müavini Ramazan bayramının keçirilmə vaxtını da açıqlayıb. "Ramazan bayramı dövlət səviyyəsində 2 gün qeyd olunur. Rəsədxananın verdiyi təqvimə əsasən mayın 2-3-ü Ramazan bayramıdır" - o bildirib.

0