Nicat Əlibəyliyə yeni vəzifə verildi

ÖLKƏ
16:55 / 25.03.2022
963

Yeni yaradılan Abşeron-Xızı Regional Məşğulluq filialına müdir müavini təyin olunub.

HİT.az xəbər verir ki, bu vəzifəyə tanınmış sığorta mütəxəssisi Nicat Əlibəyli təyinat alıb. 

Qeyd edək ki, Nicat Əlibəyli yeni təyinata qədər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 13 saylı Ərazi Məşğulluq filialında müdir müavini vəzifəsində çalışıb. 

Bundan öncə isə uzun müddət  sığorta sektorunda fəaliyyət göstərib və sığorta eksperti olaraq tanınıb. O, ixtisasca jurnalistdir. 

Ailəlidir, 2 övladı var. //azxeber.com

2