Operativ Qərargah iki vacib məlumatı yaydı

ÖLKƏ
19:08 / 25.03.2022
1594

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 50 yeni yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Hit.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 791 654 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 781 528 nəfər müalicə olunaraq sağalıb, 9 675 nəfər vəfat edib. 451 nəfər aktiv xəstə sayını təşkil edib. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 499, bu günə qədər isə ümumilikdə 6 679 287 test icra olunub.

Operativ Qərargahın yaydığı digər məlumata görə, Azərbaycanda son sutkada koronavirus əleyhinə 6 477 vaksin vurulub.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 369, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 691, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 5 061, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 356 nəfərdir. Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 388 971, birinci doza peyvəndlərin ümumi sayı 5 320 442, ikinci doza vaksinlərin sayı 4 816 763 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 3 026 385, pozitiv nəticədən sonra “buster” doza vaksinlərin sayı isə 225 381 olub.

0